Neft bahalaşmaqda davam edir

Oktyabrın 17-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair noyabr müqaviləsinin dəyəri 0,03 dollar və ya 0,03% artaraq 1 barelə görə 92,12 dollar olub.

SİA-nın xəbərinə görə, oktyabrın 17-də ICE London qitələrarası birjasında noyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,78 dollar və ya 0,7% azalaraq 113,22 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə