"Təəssüflər olsun ki, Azərbaycanda neftin çıxarılmasında müəyyən problemlər yaranıb və bunun da əsas səbəbkarı faktiki olaraq BP şirkəti olub. Çünki əlavə neft çıxarmaq üçün investisiya yatırmaq lazım idi". Bunu SİA-ya açıqlamasında millət vəkili Vahid Əhmədov deyib.
O bildirib ki, vaxtında bu investisiyalar yatırılmadığından 2008-ci ildən başlayaraq təxminən ildə Azərbaycanın payına düşən 2-2,5 milyon ton neft çıxarılmadı. Onun sözlərinə görə, bunun nəticəsində Azərbaycanın iqtisadiyyatına təsir edən 8,1 milyard dollar həcmində vəsait ölkə iqtisadiyyatı üçün çox böyük rəqəmdir.
"Rəhbərliyin dəyişməsi inanmıram ki, hansısa bir müsbət dəyişikliyə gətirib çıxarsın. Çünki BP şirkəti Azərbaycanın həmin müqavilədə götürən öhdəliyi yerinə yetirmək üçün əlavə vəsait, investisiya qoymalıdır. Amma mətbuatda olan söhbətlərdən belə hiss edirəm ki, onlar bunu etmək fikrində deyillər. Azərbaycan 1994-cü ildəki dövlət deyil və xeyli güclənib. Beynəlxalq arenada xüsusi çəkisi var. Azərbaycanın dövlət başçısı bu məsələni yuxarı səviyyədə də qaldıra bilər. Hətta beynəlxalq məhkəmə səviyyəsində də bu məsələ öz həllini tapa bilər. Digər tərəfdən də bu məsələnin yalnız görünən tərəfini bilirik. Lakin bunun görünməyən tərəflərində siyasi məsələlər gündəmə gələ bilər", - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB