Ucar qazlaşdırılır

ARDNŞ-ın "Azəriqaz" İstehsalat Birliyi respublikanın qaz təsərrüfatının yaxşılaşdırılması, əhalinin "mavi yanacaq"la itkisiz və keyfiyyətli təminatı istiqamətində fəaliyyətini davam etdirir. SİA-nın məlumatına görə, bununla bağlı bu gün Ucar rayonunun Xələc kəndinə ilk dəfə olaraq təbii qaz verilib.

Bu münasibətlə keçirilən mərasimdə bildirilib ki, 141 abonenti olan Xələc kəndinin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında ümumi uzunluğu 13,5 kilometr olan müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz kəmərləri çəkilib, 141 qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə