Oktyabrın 18-də İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Bosniya-Herseqovina biznes forumu keçiriləcək.
Tədbirdə Azərbaycan və Bosniya-Herseqovinanın inşaat, İKT, neft-qaz və kimya məhsullarının istehsalı, ətraf mühitin mühafizəsi, su qurğularının tikintisi, metallurgiya, təhlükəsizlik və yanğınsöndürmə xidmətləri və digər sektorlarda fəaliyyət göstərən iş adamları iştirak edəcək.
Biznes forum çərçivəsində hər iki ölkənin biznes və investisiya imkanlarına dair təqdimatlar keçiriləcək və sahibkarlar arasında ikitərəfli görüşlər təşkil olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB