Bu gün Dövlət Sosial Müdafiə Fondunun (DSMF) yaradılmasının 20 illiyinə həsr olunan yubiley tədbiri keçirilib. SİA-nın məlumatına görə, tədbirdən öncə DSMF rəhbərliyi Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib. Daha sonra DSMF aparatı üçün yeni inşa olunan inzibati binada ümummilli liderin büstünün açılışı olub. Tədbir iştirakçıları həmçinin Fondun 20 illik tarixini əks etdirən muzeylə tanış olublar.
Yubiley tədbiri Fondun yeni inşa olunan iclas zalında davam etdirilib. Tədbirdə çıxış edən DSMF sədri Səlim Müslümov bildirib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan, son 9 ildə isə prezident İlham Əliyev tərəfindən davam etdirilən sığorta- pensiya siyasətinin gerçəkləşməsi nəticəsində Azərbaycanın tam özünəməxus sığorta- pensiya sistemi formalaşıb: "Fondun 20 illik inkişaf tarixi, eyni zamanda sığorta- pensiya sisteminin inkişaf tarixi kimi xarakterizə edilə bilər".
S. Müslümov onu da qeyd edib ki, vətəndaşların pensiya hüquqlarının fərdi uçotun məlumatları əsasında müəyyənləşdirilməsi və beləliklə də pensiya təminatında siğorta prinsiplərinə keçid təmin edilib: "Pensiya və müavinətlərin ödənişi avtomatlaşdırılıb".
DSMF sədrinin çıxışından sonra Fondun 20 illik tarixinə həsr olunan film nümayiş etdirilib.
Qeyd edək ki, tədbirdə həmçinin Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadə, Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru Şahlar Mövsümov və başqaları iştirak edərək Fondu yubiley münasibətilə təbrik ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB