ARDNŞ müsabiqə qaliblərini mükafatlandırdı FOTO

ARDNŞ müsabiqə qaliblərini mükafatlandırdı FOTO

Bu gün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Elm Fondunun 2012-ci ildə neft, qaz və neft-kimya sənayesinin müxtəlif sahələri üzrə aktual mövzularda elmi-tədqiqat və layihə işləri üçün elan etdiyi müsabiqənin qalibləri açıqlanıb. SİA-nın məlumatına görə, mərasimdə çıxış edən ARDNŞ-ın prezidenti Rövnəq Abdullayev bildirib ki, müsabiqənin gedişi alimlərin Elm Fondunun həyata keçirdiyi fəaliyyəti dəstəklədiyini göstərib: "Alimlər həmçinin neft-qaz sənayesi üzrə elmi-tədqiqat və layihələndirmə işlərinin inkişafına dəyərli töhfələr verirlər".

R. Abdullayev onu da qeyd edib ki, müsabiqəyə 58 layihə təqdim olunub. Təqdim olunan elmi işlər AMEA-nın və ARDNŞ-nin aparıcı alim və mütəxəssisləri tərəfindən təşkil edilən Müsabiqə Kommisiyasında dərindən araşdırılıb. ARDNŞ-ın Elm Fondunun İdarə heyəti Müsabiqə Komissiyasının və ekspertlərinin rəyləri nəzərə alınaraq yer elmləri, ekologiya, texniki elmlər, kimya sahələrində 24 layihə qalib elan edilib.

Qeyd edək ki, tədbirin sonunda müsabiqənin qaliblərinə sertifikatları ARDNŞ-ın prezidenti Rövnəq Abdullayev təqdim edib.

Bütün xəbərlər Facebook səhifəmizdə