Gürcüstan Ermənistanın qazını aldı

Bu gündən etibarən Rusiyanın Gürcüstan vasitəsilə Ermənistana ötürülən təbii qazının nəqli dayandırılıb. Erməni saytları xəbər verir ki, bu barədə "ArmRosqazprom" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidməti məlumat yayıb.

Gürcüstan tərəfi bunu "Şimali Qafqaz-Zaqafqaziya" kəmərində təmir işlərinin aparması ilə əlaqələndirib.

Məlumata görə, təmir işləri 3 gün davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə