ABŞ-ın "Terminator", "Yad adamlar", "Avatar" filmlərinin rejissoru Ceyms Kemeronun iştirakı ilə yaradılmış "Digital Domain Media Group" şirkəti müflisləşdiyini elan edib. Şirkətin baş direktoru Con Tekstor studiyanın bağlanması barəsində qərarla razılaşmağını bildirərək istefa verib. Xüsusi effektlərin istehsalı ilə məşğul olan şirkət "Titanik", "Karib dənizinin quldurları", "Transformerlər", "Ulduzlu yol" və "Adamlar-İks: birinci sinif" filmlərinin yaradılmasında iştirak edib. Firma fəaliyyətini hələ 2012-ci ilin iyulunda dayandırıb, halbuki onun səhmlərinin ilkin yerləşdirilməsi (IPO) 2011-ci ilin noyabrında olub.
"Digital Domain Media Group" şirkəti səhmlərinin ilkin yerləşdirilməsi zamanı 400 milyon dollar cəlb edə bilib. Lakin onun yaşaması üçün vəsait çatışmayıb. Şirkət artıq xərclərini ört-basdır etmək və kreditorlarla hesablaşmaq üçün mülkiyyətini hərraca çıxarmağa razılıq verib.
Qeyd edək ki, şirkətin daşınmaz əmlakının satışı üzrə hərrac bu il sentyabrın 21-də keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB