Nazirlik də tam məlumat ala bilmir

Oktyabr ayından turizm obyektlərinin internetdə lisenziyalaşdırılmasına başlanacaq. SİA-nın məlumatına görə, bu fikri "2012-ümumdünya turizm günü"nə həsr olunan konfransda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxışında bildirilib.

Nazir onu da vurğulayıb ki, bu sistem Azərbaycanda korrupsiya ilə mübarizə aparmaq üçün önəmli vasitə olacaq.

"Builki yay turizm mövsümündə regionlara gedənlərin sayı artıb. Bu mövsümdə 100 min nəfər mehmanxanalarda yerləşdirilib. Bu, mehmanxanaların nazirliyə təqdim etdiyi rəqəmdir. Mehmanxanalar da nazirliyə tam məlumat vermirlər", - Qarayev əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə