Lisenziyaların verilməsi asanlaşdı

Azərbaycanda mehmanxana və mehmanxana tipli obyektlərə lisenziyalar elektron formada veriləcək. SİA-nın məlumatına görə, bunu Mədəniyyət və Turizm Nazirliyinin analitik təhlil və proqram təminatı şöbəsinin müdiri Qabil Abbasov deyib.

Abbasov bildirib ki, artıq bunun üçün nazirlik tərəfindən elektron sistem hazırlanaraq istifadəyə verilib: "Bu sistem vasitəsilə lisenziyanın verilməsi üçün onlayn ödəmə olacaq. Sistemdən istifadə etmək üçün qeydiyyatdan keçmək lazımdır".

Bütün xəbərlər Facebook səhifəmizdə