Ölkə iqtisadiyyatı geriləyib

İtaliya Milli İqtisadiyyat və Əmək Şurasının statistikasına görə, ölkə iqtisadiyyatı son 10 ildə 20 faiz geriləyib. Bu geriləmə digər Avropa ölkələrindən daha sürətli olub. Hesabata görə, ölkədə restrukturizasiyaya əl atan müəssisələrin sayı durmadan artır. Sənayedə məhsuldarlıq və istehsal həcmi avrozonanın aparıcı ölkələri ilə müqayisədə çox aşağıdır. İtaliya bəzi göstəricilərə görə hətta İspaniyadan da geri qalıb.

Hesabatda göstərilib ki, sənayedə tənəzzülə əsas səbəb elektrik enerjisinin baha olması, bürokratiya və infrastrukturun köhnəlməsidir. 1 kilovat/saat enerjinin qiyməti Almaniya və Fransadan təxminən 2 dəfə bahadır.

Bütün xəbərlər Facebook səhifəmizdə