Yevlax-Xocalı-Laçın avtomobil yolunun Yevlaxdan Bərdəyədək olan hissəsində əsaslı təmir işləri başa çatıb. "Azeryolservis"dən SİA-ya verilən məlumata görə, mövcud avtomobil yolunda bu günə qədər heç bir əsaslı təmir işləri aparılmayıb. Bu səbəbdən də cari ilin iyun ayından əsaslı şəkildə yenidənqurma işlərinə start verilib.
Hazırda yolun Yevlaxdan Bərdəyədək olan hissəsində təmir işləri yekunlaşıb. 26 km məsafədə 1 körpü yenidən tikilib, 3 laydan ibarət asfalt-beton örtük salınıb, yol nişanları quraşdırılıb və xəttlənmə işləri həyata keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB