USAID və Azərbaycan Respublikasının Mərkəzi Bankının birgə təşkil etdiyi seminarda problemli kreditlər portfeli müzakirə olunur
Bu gün ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) yerli bank sektorunun nümayəndələri üçün "Problemli Kreditlərin İdarəolunması" mövzusunda bir günlük məşğələ-seminar keçirib. SİA-nın məlumatına görə, seminarın məqsədi qeyri-işlək kreditlərin yaratdığı risklər və bu risklərin aradan qaldırılmasının mümkün metodlarına dair özəl sektor və bank tənzimləyiciləri arasında məlumatlılığın artırılması idi.
Özəl bankların qeyri-işlək və ya təhlükəli kreditləri müəyyənləşdirə və anlaya bilməməsi yaxud bu istiqamətdə lazımi tədbirləri görə bilməməsi bank sisteminin bəzi təkanlara yaxud zəif fəaliyyətə daha həssas olmasına gətirib çıxarır. Bu problem regionun digər ölkələrinin bank sistemləri üçün də tipik problemlərdəndir.
USAID və AMB-nin birgə maliyyə dəstəyi ilə təşkil olunan seminarda əsas diqqət banklarda kredit portfelinə nəzarət çərçivəsində problemli kreditlərin müəyyən olunması yolları və itkilər, həmçinin gələcək riskləri minimallaşdırmaq məqsədilə həyata keçirilməli olan tədbirlərə yönəlib. Bu isə mövcud şəraitdə xüsusilə aktual olan mövzudur. Qlobal iqtisadi böhranın uzun sürən sonrakı təsirləri, müxtəlif əmtəələrin qiymətlərinin aşağı düşməsi və hələ də həllini tapmamış Avropa maliyyə böhranı regionlarda bankların kredit portfelinin daha da pisləşməsi riskini yaradım.
Seminar zamanı problemli kreditlərin idarəolunmasının dörd əsas komponenti müəyyən edilib: problemli kreditlərin müəyyənləşdirilməsi, problemli kreditlərin vəziyyətinin qiymətləndirilməsi, problemli kreditlərlə bağlı danışıqlar və problemli kreditlərin həlli.
Seminarın mütərəqqi cəhəti onun problemli kreditlərin idarəolunması məsələsinə həm özəl bankların, həm də bank tənzimləyicilərinin perspektivindən yanaşması olub. AMB-nın, eləcə də Azərbaycanın özəl banklarının, Qazaxıstan və regionun digər ölkələrinin Milli Banklarının yüksək rütbəli bank tənzimləyiciləri müzakirələrdə fəal iştirak edib.
Qeyd edək ki, seminar USAID-in maliyyələşdirdiyi "Maliyyə Stabilliyi üçün Tərəfdaşlar" (Partners for Financial Stability www.pfsprogram.org) regional layihəsinin bank sahəsi üzrə ekspertlər qrupu tərəfindən aparılıb. USAID-in Azərbaycanda Rəqabətlilik və Ticarət Layihəsi isə seminarın təşkilini həyata keçirib.
Son bir neçə il ərzində, USAID və Azərbaycan Respublikasının Mərkəzi Bankı bir neçə sahələrdə Mərkəzi Bankın bacarıq və fəaliyyətini təkmilləşdirmək istiqamətində yaxından əməkdaşlıq edib.
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB