Ucuzlaşma davam edir

Sentyabrın 26-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair noyabr müqaviləsinin dəyəri 1,39 dollar və ya 1,5% azalaraq 1 barelə görə 89,98 dollar olub.

SİA-nın verdiyi xəbərə görə, sentyabrın 26-da ICE London qitələrarası birjasında noyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,41 dollar və ya 0,4% azalaraq 110,04 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə