Xidmətlərin həcmi 8% artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda əhaliyə göstərilən pullu xidmətlərin həcmi ötən ilin müvafiq dövrünün səviyyəsini 7,5% üstələyərək 3,5 mlrd. manata çatıb. Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, artımın 71,8%-i hüquqi şəxslərin müəssisələrində yaranıb və bu müəssisələrdə əhaliyə 2,7 mlrd. manatlıq və ya 6,9% çox pullu xidmətlər göstərilib.

Hesabat dövründə hər bir ölkə sakini orta hesabla ayda 47,5 manatlıq və ya 3,4 manat çox müxtəlif pullu xidmətlərdən istifadə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə