Neft ucuzlaşıb

Sentyabrın 24-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair noyabr müqaviləsinin dəyəri 0,96 dollar və ya 1,0% azalaraq 1 barelə görə 91,93 dollar olub.

SİA-nın xəbərinə görə, sentyabrın 24-də ICE London qitələrarası birjasında noyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 1,61 dollar və ya 1,4% azalaraq 109,81 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə