Rusiya Federasiyasının Volqoqrad vilayətinin qubernatoru Sergey Bojenovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir. SİA-nın xəbərinə görə, səfər çərçivəsində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Bakıda Azərbaycan-Rusiya Biznes Forumu keçirilir.
Tədbirdə kənd təsərrüfatı və qida sənayesi, tikinti və kiçik sahibkarlıq subyektlərini, həmçinin, neft avadanlıqlarlarının istehsalı ve metallurgiya sənayesini təmsil edən Rusiya Federasiyasının iş adamları iştirak edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB