195-2-yə 16 mindən çox müraciət daxil olub

195-2-yə 16 mindən çox müraciət daxil olub

İqtisadi İnkişaf Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə avqust ayı ərzində 350-ə yaxın müraciət daxil olub. Müraciətlər əsasən, sahibkarlıq fəaliyyəti, güzəştli kreditlər, istehlakçıların hüquqlarının müdafiəsi, eləcə də nazirliyin səlahiyyətlərinə aid olan digər məsələləri əhatə edib.

Ümumilikdə isə, İqtisadi İnkişaf Nazirliyinin Telefon Məlumat Mərkəzinə indiyədək 16200-ə yaxın müraciət daxil olub.

Telefon Məlumat Mərkəzinə daxil olmuş müraciətlər operativ şəkildə cavablandırılıb, şikayət xarakterli müraciətlər isə müvafiq qaydada qeydiyyata alınaraq, nazirliyin aidiyyatı strukturları tərəfindən qanunvericilikdə müəyyən olunmuş müddətdə baxılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə