Bu gün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev və nümayəndə heyəti şirkət əməkdaşları ilə birgə Fəxri Xiyabanı ziyarət ediblər. SİA-nın verdiyi xəbərə görə, bu gün Azərbaycan neftçiləri öz peşə bayramlarını -Neftçilər Gününü qeyd edirlər. Bu günün bayram edilməsi 1994-cü il 20 sentyabr "Azəri-Çıraq-Günəşli" dəniz neft-qaz yataqları blokunun kəşfiyyatı və işlənməsi üzrə "Əsrin müqaviləsi"nin imzalanması ilə eyni günə təsadüf edir.
Bu müqavilənin imzalanması Azərbaycanın neft-qaz sahəsinin dirçəlişinin başlanğıcıdır. Bu da nəticə etibarilə neft-qaz sahəsinin aktiv inkişafına gətirib çıxardı.
Bu müqaviləni haqlı olaraq ümummilli lider Heydər Əliyevin banisi olduğu Azərbaycanın energetika strategiyasının əsas tendensiyasını müəyyən edən və Azərbaycanı dünyanın neft ixracatçılarından birinə çevirən özül hesab etmək olar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB