Çörək bahalaşdı?

Bakının bir sıra mağazalarında çörəyin qiyməti qalxıb. Mağazalarda qiyməti 30 qəpiyə olan çörəyin ötən gün 35 qəpiyə satıldığı müşahidə edilib. İqtisadi İnkişaf Nazirliyi (İİN) mətbuat xidmətinin rəhbəri Abbas Əliyev qiymət artımını təkzib edib.

Onun sözlərinə görə, çörək bazarı mütəmadi qaydada nəzarət edilən bazardır. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar siyasəti xidməti vaxtaşırı olaraq o bazarda monitorinq keçirir. Abbas Əliyev çörəyin qiymətində hər hansı artım qeydə alınmadığını deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə