Neft qiymətini itirir

Sentyabrın 19-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair oktyabr müqaviləsinin dəyəri 3,31 dollar və ya 3,5% azalaraq 1 barelə görə 91,98 dollar olub.

SİA-nın verdiyi xəbərə görə, sentyabrın 19-də ICE London qitələrarası birjasında oktyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 4,01 dollar və ya 3,6% azalaraq 108,02 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə