190 qayda pozulub

Cari ilin son 3 ayında Şabran Elektrik Şəbəkəsi (EŞ) müəssisəsində müxtəlif təyinatlı təmir işləri aparılıb. "Azərenerji" ASC-dən SİA-ya verilən məlumata görə, elektrik verilişi xətləri müasir standartlara uyğun qurulub, yeni dayaqlar basdırılıb, 12 kilometrə yaxın SİP kabel çəkilib, istehlakçılar yeni elektron tipli sayğacla təmin olunublar. Bu dövrdə şəbəkə üzrə 30 kilometrə yaxın xətt, 73 dayaq, xeyli sayda izolyator və 42 transformator təmir edilib. Ötən 7 ayda müəssisə üzrə 190 qayda pozuntusu faktı aşkar edilərək 534,8 min kilovat-saata yaxın itirilmiş elektrik enerjisinin 32,1 min manata yaxın istehlak dəyəri bərpa olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə