"Turizm sahəsində bu ilin nəticələri ondan xəbər verir ki, Azərbaycana gələn turistlərin sayında ötən ilə nisbətən 7% artım var". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
Nazir bildirib ki, Azərbaycan bu il turizm sənayesində 7 faiz artırma nail olub. Bu da yeni açılan mehmanxanalar, Azərbaycan keçirilən beynəlxalq tədbirlərdən irəli gələn inkişafdır.
Nazir həmçinin vurğulayıb ki, Ümumdünya Turizm Təşkilatında (ÜTT) Azərbaycan üçün xüsusi iş yeri açılıb. Nazir bildirib ki, ötən il Ümumdünya Turizm Təşkilatının baş katibi Taleb Rifai bu təşkilatda Azərbaycana xüsusi iş yerinin açılmasına söz verib və artıq bu proses həyata keçirilib: "Artıq Ümumdünya Turizm Təşkilatında Azərbaycanın nümayəndəsi çalışır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB