Son günlərdə müxalifətin təbliği ilə məşğul olan qəzetlərdə, informasiya vasitələrində Füzuli Rayon İcra Hakimiyyətinin başçısı barədə yalan, əsassız və həqiqətə uyğun olmayan məlumat yayılıb. SİA-nın əməkdaşı məsələyə aydınlıq gətirmək üçün Füzuli Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb.
Adıçəkilən məsələ ilə bağlı rayon icra hakimiyyətindən bildirilib ki, Füzuli rayonunda bu il 40.6 min hektar sahədə kənd təsərrüfatı məhsulları əkilmişdir. Bundan 32.6 min hektarı taxil əkinləridir. Bu il 101.2 min ton taxıl götürülüb. 40.6 min hektarın hər hektarına 40 manat hesabı ilə subsidiya ayrılıb.
Respublika Kənd Təsərrüfatı Nazirliyi əkinlər üçün fermerlərə və pay torpaq sahibkarlarına vermək üçün 1626 min manat pul ayırıb. Ayrılmış maliyyə vəsaiti sentyabrın 3-də torpaq istehlakçılarının kredit kartına köçürülmüşdür və yaxın vaxtlarda sahibləri pulları götürəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB