Neft ucuzlaşıb

Sentyabrın 4-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair oktyabr müqaviləsinin dəyəri 1,17 dollar və ya 1,2% azalaraq 1 barelə görə 95,30 dollar olub.

SİA-nın məlumatına görə, sentyabrın 4-də ICE London qitələrarası birjasında oktyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 1,60 dollar və ya 1,4% azalaraq 114,18 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə