Artıq "Dalğa Plaza"nın qarşısından Azadlıq prospektinə qədər olan ərazi bu gün səhər saatlarında sürücülərin ixtiyarına verilib. Nəqliyyat vasitələrinin bu istiqamətdə hərəkətinə heç bir maneə yoxdur": Bu sözləri SİA-ya açıqlamasında Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev bildirib.
Onun sözlərinə görə, dəniz vağzalının qarşısından Yusif Səfərov küçəsinə qədər olan digər hissədə isə əsaslı təmir işləri davam etdirilir. Artıq yeni asfalt beton örtüyünün vurulması eyni zamanda, filiz maşını vasitəsi ilə köhnə asfalt-beton örtüyünün qaşınması işləri gedir. Yaxın 3-4 gün ərzində isə yeni asfalt-beton örtüyünün vurulması işlərinə başlanacaq. Ümumilikdə Azadlıq prospektinin sentyabırın 15 nə qədər istifadəyə verilməsi planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB