"LUKoyl" milyardlar itirir

Rusiyanın nəhəng özəl neft şirkəti olan "LUKoyl"un xalis gəlirləri azalıb. "RİA Novosti"yə istinadən verilən məlumata görə, bu ilin yanvar-iyun ayları ərzində şirkətin gəlirləri 29 faiz azalıb.

Şirkətin hesabatında deyilir ki, bu ötən ilin analoji dövrü ilə müqayisədə 4.807 milyard dollar təşkil edib.

Bu ilin birinci yarım illiyində "LUKoyl"un daxilolmaları 4.8 faiz artaraq 67.658 milyard dollara çatıb. Beləliklə, "LUKoyl"un gəlirləri və daxilolmaları analitiklərin verdiyi proqnozlardan aşağı olub. Onlar bunun 6.061 və 68.577 milyard dollar olacağını gözləyirdilər.

Bütün xəbərlər Facebook səhifəmizdə