“28 May” stansiyası sərnişinləri qəbul etməyə tələsmir

“28 May” stansiyası sərnişinləri qəbul etməyə tələsmir

Bakı Metropolitenindən verilən məlumata görə, əsas girişin tədris ilinin əvvəlində istismara veriləcəyi nəzərdə tutulmuşdu. Ancaq iş həcminin çox olması səbəbindən açılışın tarixi ilin sonundadək təxirə salınır. Qurumdan həmçinin bildiriblər ki, sərnişinlər "28 May" stansiyasının ikinci çıxışından, habelə onunla bitişik "Cəfər Cabbarlı" stansiyasının çıxışından istifadə edə bilərlər. Girişin vestibülünün yenidən qurulması ilə yanaşı, eskalatorların dəyişdirilməsi və onların sayının 3-dən 4-dək artırılması üzrə işlər aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə