Azərbaycan-Almaniya biznes forumu keçirilir

Azərbaycan-Almaniya biznes forumu keçirilir

Bu gün Bakıda 14-cü Azərbaycan-Almaniya biznes forumu keçirilir. SİA-nın verdiyi məlumata görə, biznes forum Almaniya Federativ Respublikasının Reynland-Pfalz əyalətinin nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində keçirilir. SİA-nın xəbərinə görə, biznes foruma İqtisadi İnkişaf Nazirliyi ilə yanaşı Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun dəstəyi baş tutur.

Tədbirdə Azərbaycan və Almaniya tərəfindən rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı, sənaye, tikinti, mebel istehsalı, logistika və digər sektorlarda fəaliyyət göstərən iş adamları iştirak edir.

Biznes forum çərçivəsində Azərbaycanın biznes və investisiya imkanlarına, Almaniyanın Reynland-Pfalz əyalətinin iqtisadiyyatına dair təqdimatlar, iş adamları arasında ikitərəfli görüşlər keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə