Bu ilin ilk yarsında "Avtomobill yollarının" təmirinə 111,2 milyon manat vəsait xərclənib. Nəqliyyat nazirliyinin yaydığı məlumata görə,Azərbaycanın nəqliyyat-yol kompleksinin inkişafı, təkmilləşdirilməsi və həmçinin saxlanması üçün 2012-ci ilin dövlət büdcəsindən və beynəlxalq maliyyə institutları tərəfindən nəzərdə tutulmuş 1 448,1 mln. manat vəsaitdən cari ilin ilk yarısında 900,83 mln. manat xərclənib.
Bundan başqa bu ilin dövlət büdcəsində Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin, "Bakı Sərnişin Nəqliyyatı" MMC-nin və Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin saxlanması üçün dövlət büdcəsindən nəzərdə tutulmuş 5,8 mln. manat vəsaitdən hesabat dövründə 2,5 mln. manat xərclənib.
Bakı-Tbilisi-Qars dəmir yolu tikintisi layihəsinin həyata keçirilməsi üçün dövlətlərarası sazişə əsasən ayrılmış 775 mln. manat vəsaitdən 2007-2012-ci illərdə 326,9 mln. manat, bundan 47,1 mln. manat isə cari ilin ilk yarısında xərclənib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB