Neftin qiyməti stabilləşib

Ötən gün Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair oktyabr müqaviləsinin dəyəri 0,99 dollar və ya 1,0% azalaraq 1 barelə görə 96,27 dollar təşkil edib. Avqustun 23-də ICE London qitələrarası birjasında oktyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,07 dollar və ya 0,1 artaraq 114,98 dollar olub.

Bütün xəbərlər Facebook səhifəmizdə