Bakıda Azərbaycan-Almaniya biznes forumu keçiriləcək

Avqustun 27-də Bakıda 14-cü Azərbaycan-Almaniya biznes forumu keçiriləcək. SİA-nın verdiyi məlumata görə, biznes forum Almaniya Federativ Respublikasının Reynland-Pfalz əyalətinin nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində keçiriləcək.

İqtisadi İnkişaf Nazirliyinin yaydığı məlumata görə, biznes foruma nazirliklə yanaşı Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun dəstəyi olacaq. Tədbirdə Azərbaycan və Almaniya tərəfindən rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı, sənaye, tikinti, mebel istehsalı, logistika və digər sektorlarda fəaliyyət göstərən iş adamları iştirak edəcəklər.

Biznes forum çərçivəsində Azərbaycanın biznes və investisiya imkanlarına, Almaniyanın Reynland-Pfalz əyalətinin iqtisadiyyatına dair təqdimatlar, iş adamları arasında ikitərəfli görüşlər keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə