Neftçala EŞ: müvafiq tədbirlər davam etdirilir

Neftçala EŞ: müvafiq tədbirlər davam etdirilir

İtkilərin azaldılması qarşıda duran ən mühüm vəzifələrdən biridir. Bu istiqamətdə müvafiq tədbirlər müntəzəm olaraq davam etdirilir. "Azərenerji" ASC-dən SİA-ya verilən məlumata görə, müəssisənin xidməti ərazisində cari ilin 7 ayı ərzində keçirilmiş reydlər zamanı 156 istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilərək 1 milyon 752,3 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 105,4 min manatdan artıq istehlak dəyəri bərpa edilib. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 87 faizə yaxınının ödənişi təmin edilib və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

2012-ci ilin iyul ayında 22 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilib. Bu qayda pozuntuları müvafiq qaydada aktlaşdırılıb, 255,9 min kv/saatdan artıq itirilmiş elektrik enerjisinin 15,4 min manata yaxın istehlak dəyəri bərpa edilib.

Digər müəssisələrdə olduğu kimi, burada da yanğın təhlükəsizliyinin təmin edilməsi haqqında nəzərdə tutulan tədbirlər həyata keçirilir. O cümlədən, artıq yağ tutumlu avadanlıqlarda yanğın təhlükəsizliyi təmin edilib, EVX-lərin mühafizə zonalarının və TM-lərin ərazilərinin quru otlardan və kənar əşyalardan, transformatorların özülü və gövdəsi çirkli yağ örtüyündən təmizlənib.

Bütün xəbərlər Facebook səhifəmizdə