“Siemens” ixtisarlar edir

Almaniyanın "Siemens" şirkəti kütləvi şəkildə ixtisar aparmaq niyyətindədir. "Euronews"-un verdiyi məlumata görə, şirkətin bu cür addım atması iqtisadi böhranla bağlıdır. Almaniya mətbuatının yaydığı məlumata görə, böhran səbəbindən korporasiya 5 min nəfər əməkdaşını ixtisar edəcək. "Siemens" şirkətinin rəhbəri Peter Leşer korporasiyanın xərclərin azaldılacağını və effektivliyin artırılacağını bildirib. Peter Leşer vurğulayıb ki, "Siemens"in problemləri işçilərin azaldılması ilə həll ediləcək. Qeyd edək ki, bu ilin yanvar ayında şirkətin gəlirləri ¼ azalaraq 1.46 milyard avro təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə