Bakı Fond Birjasında (BFB) avqustun 24-də dövlət qısamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. Qurumdan SİA-ya verilən məlumata görə, istiqrazların ümumi məbləği 2 milyon manat, bir istiqrazın nominal dəyəri 100 manat, tədavül müddəti 35 gün, ödəmə tarixi sentyabrın 18-dir. Həmçinin avqustun 24-də BFB-də dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. İstiqrazların ümumi məbləği 2 milyon manat, bir istiqrazın nominal dəyəri 100 manat, tədavül müddəti 1.092 gün, ödəmə tarixi 2015-ci il avqustun 21-dir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...