Neft bahalaşır

Avqustun 6-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair sentyabr müqaviləsinin dəyəri 0,80 dollar və ya 0,9% artaraq 1 barelə görə 92,20 dollar təşkil edib. Bundan başqa ötən gün ICE London qitələrarası birjasında avqustda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,61 dollar və ya 0,6% artaraq 109,55 dollar olub.

Bütün xəbərlər Facebook səhifəmizdə