Artıq toyuq əti satılmayacaq

"Abşeron broyler" toyuqları rəsmi sertifikat olmadan istehsal olunduğu üçün bu məhsulun əhali tərəfindən satın alınması risqdir. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən verilən məlumata görə,müəssisədə istehsal olunan "Abşeron broyler" əmtəə nişanlı toyuq içalatına və toyuq hissələrinə texnoloji prosesi reqlamentləşdirən texnoloji təlimat yoxdur. Bundan başqa normativ sənədə əsasən broyler toyuq ətinin saxlama müddəti -12 dərəcə C-də 8 ay olsa da, məhsulun saxlama kamerasında tempratur göstəricisinin -8 dərəcə C olduğu aşkarlanmış, məhsulun üzərində isə saxlama müddəti 12 ay göstərilib. Bundan başqa Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Sumqayıt Ərazi İdarəsi tərəfindən Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxs Yusif Şəfiyevə məxsus müəssisədə dövlət nəzarəti aparılıb. Müəyyən olunub ki, müəssisədə becərilən təzə şampinyon və asılqal göbələyi uyğunluq sertifikatları olmadan istehsal edilir, məhsulların markalanması düzgün aparılmır. Belə ki, becərilən təzə şampinyon göbələyinin saxlama müddəti standarta əsasən 2 gün olduğu halda, əsassız olaraq 10 gün göstərilir. Müəssisədə laboratoriya yoxdur, hər hansı bir akkreditasiya olunmuş sınaq laboratoriyası ilə müqavilə bağlanılmamışdır, beləliklə məhsulların sınağı aparılmadan satışa çıxarılır. Aşkar olunmuş nöqsanlara görə müəssisədə becərilən təzə şampinyon və asılqal göbələklərinin, həmçinin toyuq içalatının və toyuq hissələrinin istehsalı və satışı qadağan edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə