Neftin qiyməti 150 dollara çata bilər

Neftin qiyməti 150 dollara çata bilər

Dünyada baş verən son hadisələr dünya bazarında neftin qiymətinin kəskin artmasına səbəb olub. Neftin qiyməti növbəti psixoloji həddi - 110 dolları da keçəcəyi gözlənilir. Ən son məlumatlara görə, "Brent" markalı neftin 1 barelinin dəyəri 109 dollardan artıqdır. Şimal dənizində neft ixracının azalması, ərəb dünyasında baş verən hadisələr, İranın Qərbin sanksiyalarına cavab olaraq neft istehsalını aşağı salması və ümumilikdə yaşanan beynəlxalq gərginlik özünü neftin qiymətinin artmasında göstərib.

Bundan başqa, ekspertlər düşünür ki, Çinin Avrozona dövlətlərinə borc problemini həll etməkdə köməklik göstərmə niyyəti neftin qiymət artımının davamlı olmayacağına və enerji sektoruna güclü təsir etməyəcəyinə səbəb olacaq. Digər qrup ekspertlər isə qiymətlərin uzun müddət düşməyəcəyini, lakin ciddi artımın da olmayacağını bildirirlər. Bundan əlavə ən böyük neft istehlakçısı olan Çinin ticari istehsal indeksinin 50.1-ə düşməsi də müəyyən vaxt müddətində qiymətlərin dəyişməyəcəyini göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə