Bu ilin 6-ayı ərzində "Azərenerji" ASC 12,8 milyard kilovat-saat elektrik enerjisi istehsal edib. "Azərenerji" ASC-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, ötən il bu göstərici 11,7 milyard kilovat-saata yaxın olub. Qeyd edək ki, istehsal edilən elektrik enerjisinin ümumi həcmindən 11,4 milyarda yaxını istilik elektrik stansiyalarının, qalan təqribən 1,4 milyard kilovat-saat isə su elektrik stansiyalarının payına düşüb. Bundan başqa səhmdar cəmiyyət ötən ay təqribən 1,7 milyon kilovat-saat elektrik enerjisi istehsal edib. Bu dövr ərzində Rusiya, Türkiyə və İran ilə elekrik enerjisinin planlı mübadiləsi davam etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB