Azərbaycan Beynəlxalq Bankının aktiv plastik kartlarının sayı bu il ərzində 20 faiz artaraq iyulun 1- nə 2 153 338-ə çatıb. Bundan başqa Beynəlxalq Bankın yaydığı məlumata görə, POS-terminalların sayı 4 454 təşkil edib ki, bu da ötən ilin iyulun 1- nə nisbətən 23,3 faiz çoxdur.
Bankdan həmçinin bildiriblər ki, bu ilin ilk yarısında bankın plastik kartları üzrə aparılan əməliyyatların sayı 11,2 milyon, əməliyyatların həcmi isə 1,74 milyard manata bərabər olub. Qeyd edək ki, əməliyyatların sayının 96,4 faizi, həcmin isə 95,6 faizi ölkədaxili əməliyyatların payına düşüb. Bu ilin yanvar-iyun ayları ərzində POS-terminallar vasitəsi ilə əməliyyatların sayı 914 minə bərabər olub ki, bu da illik müqayisədə 33,8 faiz çoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB