Son aylarda torpaq bazarında qiymətlərin kəskin ucuzlaşması prosesi gedir. MBA konsaltinq şirkətinin rəhbəri Nüsrət İbrahimovun SİA-a verdiyi ekuzkluziv açıqlamasına görə, ilin əvvəlinə diqqət yetirdikdə daşınmaz əmlak bazarının digər seqmentində qiymət artımı olsa da, torpaq bazarında 5 faizlik ucuzlaşma qeydə alınıb.
Ekspertin fikirincə, torpaq bazarının aktivliyi və qiymərlərin dinamikası tikinti sektoru ilə sıx bağlıdır. Yəni tikinti sektorunda inkişaf olanda torpaq bazarında qiymətlər və aktivlik artır. Bundan başqa maliyyə bazarındakı mövcud problem daşınmaz əmlakın bu sahəsinədə təsir edib. Maliyyə problemləri səbəbindən fərdi evlərin tikintisinində azalma müşahidə olunur. Torpaq bazarının dinamikasının aşağı düşməsinin digər səbəbi isə odur ki, köçürülmə zamanı əvvələr əhaliyə nəğd pul verilməməsidir.
Bundan başqa torpaq alqı-satqısı zamanı sənədləşmə prosesi tam qanuniləşdirilməsidə torpağın ucuzlaşmasına yol açan səbəbdir. Çünki fərdi ev tikən hər hansı vətəndaş əvvəlcə torpağın, tikiləcək daşınmaz əmlakın rəsmi icazəsini almalıdır. Bu prosesin bir qədər mürrəkəb olması və insanların qanuni prosedurdan məlumatsız olması məsələyə mənfi təsir göstərir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB