Ev almaq istəyənlərə müjdə!

2012-ci ilin iyun-iyul aylarından başlayaraq paytaxtın daşınmaz əmlak bazarında ciddi ucuzlaşma qeydə alınıb. Bunu MBA konsaltinq şirkətinin direktoru Nüsrət İbrahimov SİA-ya eksklüziv açıqlamasında deyib. Onun sözlərinə görə, qiymət ucuzlaşması mövsümü amillərlə bağlıdır. Nüsrət İbrahimov həmçinin qeyd etdi ki, əmlak bazarında 2007-2011-ci illərdə ucuzlaşma qeydə alınırdı. 2011-ci ilin sonu 2012-ci ilin əvvəllərində qiymətlərin artımı müşahidə edildi. Bu ilin aprel may aylarınadək qiymətlər stabilliyi ilə fərqləndi. Ekspertin fikrincə, 2011-ci illin yay aylarında daşınmaz əmlak bazarında qiymət azalması 1,5 faiz müşahidə edilirdisə 2012-ci ilin analoji dövründə xüsusən də iyun-iyul aylarında orta qiymət azalması 3-4 faiz müşahidə olunub. Buna səbəb burda mövsümü amillərlə yanaşı digər amillərin olmasıdır. Belə ki, Avropa maliyyə bazarlarında qeyri stabillik hökm sürür. Böyük ehtimallarla ciddi böhran gözlənilir. Ehtimal olunan böhran MDB-nin daşınmaz əmlak və maliyyə bazarına öz təsirini göstərəcək. Təbii ki, bu böhrandan Azərbaycan da təsirsiz ötüşməyəcək. Paytaxtın daşınmaz əmlak bazarına daxil olan maliyyə kanallarında müəyyən məhdudiyyətlər yaranıb. Buda nəticədə bazara axan investisiyalara öz təsirini göstərir. Digər tərəfdən də Azərbaycanın daxili bazarında da müəyyən sıxıntılar hökm sürür. Bu sıxıntılar da ölkənin maliyyə bazarına təsir edir.

Bütün xəbərlər Facebook səhifəmizdə