“Lufthansa” böhrandan xilas oldu

Avropa ciddi iqtisadi böhranla üzləşdiyi bir ərəfədə qitənin nəhəng avia şirkəti olan "Lufthansa" proqnozlaşdırılandan artıq mənfəət əldə edib. Almaniya şirkətinin bu ilki gəliri 361 milyon avro təşkil edib. Şirkətin verdiyi hesabata görə, əldə olunan bu gəlir ötən ilki itgiləri qismən kompensasiya edib.

Qeyd edək ki, aviaşirkətin ümumi gəliri 7,9 milyard avro təşkil edib. "Lufthansa" əldə etdiyi gəlir hesabına böhran dövründə itirdiyi kiçik şirkətləri yenidən geri qaytarmaq istəyir. Xatırladaq ki, ötən il şirkətin üzləşdiyi böhran səbəbindən 100-dən artıq işçi ixtisar olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə