“General Motors” müflüsləşir

2012-ci ilin ilk 6 ayı ərzində ABŞ-ın ən nəhəng avtokonserni olan "General Motors"un mənfəəti 53,7 faiz azalaraq 2,491 milyard dollar təşkil edib. SİA-nın "General Motors" şirkətinin rəsmi saytına istinadən yaydığı xəbərə görə, ilk yarım il ərzində avtokonsernin məcmu gəlirləri 0,3 faiz azalaraq 75,373 milyard dollara enib.

Xatırladaq ki, 2012-ci ilin fevralında GM və Fransanın "PSA Peugeot Citroen" avtomobil şirkətləri uzunmüddətli strateji alyans yaratdıqlarını elan etmişdilər. Alyansın məqsədinin Avropada öz rəqabət qabiliyyətliliyini artırmaq olduğu bildirilmişdi. Hər bir şirkət öz avtomobillərini həm müstəqil şəkildə, həm də rəqabət əsasında satmaqda davam edəcəyini bəyan etmişdi. Alyansın yaradılması ilə əlaqədar Fransanın "PSA Peugeot Citroen" avtomobil şirkətləri nizamnamə kapitalını 1 mlrd. avroya qaldıracaq. Onun səhmlərinin 7%-nin isə GM-in alacağı da razılaşmanın şərtləri sırasında yer alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə