Tokio Fond Birjasında hərraclar cüzi artımla başlayıb

Tokio Fond Birjasında hərraclar cüzi artımla başlayıb

Avqustun 2-də səhər Tokio Fond Birjasında (TFB) hərraclar əsas kotirovkaların cüzi artımı ilə başlayıb. Səhər sessiyasının ilk 15 dəqiqəsi ərzində Yaponiyanın 225 aparıcı şirkətinin səhmlərinin kursunu əks etdirən Nikkey indeksi 8,41 bənd (0,1 faiz) artaraq 8650,26-ya bərabər olub.

Birjanın elit seksiyası şirkətlərinin səhmlərinin qiymətini əks etdirən daha geniş TOPİX indeksi də 1,1 bənd (0,15 faiz) artaraq 730,88-ə qalxıb.

Beləliklə, TFB-də birja göstəriciləri bir müddət əvvəlki enişdən sonra sabitləşməyə başlamışdır. Tokio investorlarına yapon yeninin mövqeyinin xarici valyutalara münasibətdə yumşalması da təsir etmişdir. Belə ki, son sutkalarda dollar 0,2 yen bahalaşaraq, bir dollar üçün 78,40 yenə bərabər olub.

Bütün xəbərlər Facebook səhifəmizdə