ABŞ-da məişət elektronikası bazarının həcmi 200 milyard dolları ötəcək

ABŞ-da məişət elektronikası bazarının həcmi 200 milyard dolları ötəcək

ABŞ-ın Məişət Elektronikası Assosiasiyası (CEA) Birləşmiş Ştatlar bazarı üzrə proqnozunu yeniləyib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 2012-ci ildə istehlak elektronikasının satışlarından əldə olunan gəlirin ilk dəfə olaraq 200 milyard dolları ötərək 206 milyard dollar təşkil edəcəyi gözlənilir. Belə olan halda 2011-ci illə müqayisədə artım 5,9 faiz təşkil edəcək.


CEA-nın proqnozuna görə, tələbatın artımını əsasən planşet kompüter və smartfonların satışları stimullaşdıracaq. ABŞ-da cari ildə planşet tədarüklərindən əldə olunan gəlir 83 faiz artaraq 29,1 milyard dollar təşkil edə bilər. Smartfon satışlarından əldə olunan gəlir isə 33,7 milyard dollar həcmində planlaşdırılır

Bütün xəbərlər Facebook səhifəmizdə