“Qalmaz”  qaz saxlama anbarı üçün 2 quyu qazılıb

“Qalmaz” qaz saxlama anbarı üçün 2 quyu qazılıb
ARDNŞ-ın Kompleks Qazma İşləri Trestinin "Qobustan" Kəşfiyyat Qazma İşləri İdarəsi "Qalmaz" yatağında 2 quyuda qazma işlərini başa çatdırıb. SİA-nın məlumatına görə, məhsuldar qatın II horizontuna qazılan 633 nömrəli quyu müvəffəqiyyətlə mənimsənilib, konservasiya olunaraq qış mövsümünə saxlanılıb. Eyni horizonta qazılan 637 nömrəli quyuda mənimsəmə işləri aparılır.

Hazırda yataqda 1 quyu qazılır, 2 quyuda isə qazma işlərinə hazırlıq görülür.

Bütün xəbərlər Facebook səhifəmizdə