Cari ilin I yarısında Google internet-koorporasiyasının xalis mənfəəti 5,675 milyard dollar olub. SİA-nın məlumatına görə, bu, 2011-ci ilin I yarısının yekunları üzrə qeydə alınan göstəricidən (4,304 milyard dollar) 31,9 faiz çoxdur.
Hesabat dövrü ərzində mədaxil 22,859 milyard dollar təşkil edərək bir il əvvəlki göstərici (17,602 milyard dollar) ilə müqayisədə 29,9 faiz artıb.
2012-ci ilin ikinci rübünün yekunları üzrə Google-un xalis mənfəəti 2,785 milyard dollar təşkil edib ki, bu da bir il əvvəlin göstəricisindən 11,2 faiz çoxdur. Cari ilin aprel-iyun aylarında şirkətin mədaxili 12,214 milyard dollar olub. Bu, 2011-ci ilin analoji dövründən 35,3 faiz çoxdur, RBK yazır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB