Vahid Əhmədov: \"TANAP marşrutların şaxələndirilməsi baxımından olduqca mühüm layihədir\" - MÜNASİBƏT

Vahid Əhmədov: \"TANAP marşrutların şaxələndirilməsi baxımından olduqca mühüm layihədir\" - MÜNASİBƏT

\"TANAP layihəsi Azərbaycanın inkişaf perspektivi ilə bağlı böyük əhəmiyyət kəsb edir. Bu kəmər marşrutların şaxələndirilməsi baxımından olduqca mühüm addımdır\". SİA-nın verdiyi məlumata görə, bu fikirləri Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov deyib.

V.Əhmədov bildirib ki, bu bölgənin təbii qazının Avropaya nəql edilməsi ilə bağlı ciddi səylər həyata keçirilməkdədir. Bununla belə, Avropa dövlətləri özünün enerji təhlükəsizliyinin təmin edilməsi, o cümlədən təbii qazın lazım olan həcmdə idxal edilməsi ilə bağlı problemi həll edə bilməyiblər.

\"Türkiyə TANAP vasitəsilə əlavə tranzit boru kəməri əldə edəcək və onun fəaliyyətindən gəlir götürəcək. Bu boru kəməri Türkiyənin tranzit ölkə kimi əhəmiyyətini artıracaq. Bu layihənin reallaşdırılması Azərbaycan üçün heç bir risk kəsb etmir. Layihə Azərbaycan üçün sərfəlidir. Bundan əlavə, bu boru kəməri Azərbaycan üçün qardaş olan Türkiyə dövlətinin ərazisindən keçəcək. Bu ölkələr arasında hər hansı bir mübahisəli məsələ və ya problem yoxdur. Ölkələrin münasibətləri Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev tərəfindən ifadə edilən "Bir millət - iki dövlət" prinsipi əsasında qurulur\", - deyə komitə üzvü qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə