Azərbaycanda elektron xidmətlərin verilməsi genişlənsə də bu sahədə daha çox sayda xidmətlərin təqdim olunması nəzərdə tutulur. SİA-nın məlumatına görə, bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.
Onun sözlərinə əsasən, ölkə başçısının tapşırıqlarına uyğun olaraq yeni yaradılan Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Dövlət Agentliyi bu boşluqları doldurmağa çox fəal yardım edəcək. \"Bu çox vacib addımdır\", - nazir deyib.
O qeyd edib ki, ümumilikdə Azərbaycan prezidentinin 23 may 2011-ci il sərəncamına əsasən, Rabitə Nazirliyi ölkədə elektron xidmətlərin verilməsini genişləndirəcək.
Əli Abbasov vurğulayıb ki, Nazirlər Kabineti tərəfindən ölkədə 268 elektron xidmət təsdiq olunub ki, hazırda onlardan 100-dən çoxu vətəndaşlara təqdim edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB